Abdullah Gülün keçmiş yavəri azadlıqdan ömürlük məhrum edilib

Abdullah Gülün keçmiş yavəri azadlıqdan ömürlük məhrum edilib O, FETÖ ilə əlaqəsi olduğuna görə mühakimə olunub
Region
27 Sentyabr , 2017 17:41
Abdullah Gülün keçmiş yavəri azadlıqdan ömürlük məhrum edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyənin 11-ci prezidenti Abdullah Gülün keçmiş yavəri, briqada generalı İsmail Güneşer ömürlük azadlıqdan məhrum edilib.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, o, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olduğuna görə mühakimə olunub.

İnformasiyaya əsasən, İsmail Güneşerlə yanaşı polkovnik Veli Ceylan və kapitan Nuri Kıyak da eyni ittihamla ömrülük azadlıqdan məhrum ediliblər. Məlumata görə, 7 şübhəli məhkəmədə bəraət alıb.

Xəbərdə bildirilib ki, İsmail Güneşer Türkiyə Silahlı Qüvvələri sıralarında 27 il, Veli Ceylan isə 26 il xidmət edib.  

Son xəbərlər

Orphus sistemi