DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu

DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Region
17 Avqust , 2020 13:54
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Prezident İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədova

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.

Son xəbərlər

Orphus sistemi