​30-dan artıq ölkə Moskvada keçiriləcək Qələbə günündə iştirak edəcəyini təsdiqləyib

​30-dan artıq ölkə Moskvada keçiriləcək Qələbə günündə iştirak edəcəyini təsdiqləyib Bir çox dövlət başçılarına dəvətlər göndərilib
Region
17 Mart , 2015 12:55
​30-dan artıq ölkə Moskvada keçiriləcək Qələbə günündə iştirak edəcəyini təsdiqləyib

Bakı. 17 mart. REPORT.AZ/ Mart ayının əvvəllərinə 30-dan artıq ölkə Moskvada keçiriləcək Böyük Vətən müharibəsindəki qələbənin 70-ci ildönümünə həsr olunan bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə əsaslanaraq "Известия" yazır.

"Bir çox dövlət başçıları və müxtəlif təşkilatların rəhbərlərinə dəvətlər göndərilib. Yanvar ayının sonuna öz iştiraklarını 20 ölkə lideri təsdiq etmişdi, martın əvvəllərinə bu ölkələrin sayı 30-a çatıb", - qəzetdə qeyd edilir.

Qəzetin məlumatına görə, yüksək səviyyəli qonaqların adları martın sonlarında açıqlanacaq. Tədbirlərdə MDB dövlətləri, eləcə də Çin, Vyetnam, Niderland, Yunanıstan, Misir, İsrail və KXDR-in dövlət başçıları iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi