Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyə prezidenti kürsüsünə avqustun 28-də əyləşəcək Rəcəb Tayyib Ərdoğan ilk səfərlərini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) edəcək. Report-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan 4-5 sentyabr tarixlərində NATO-nun zirvə toplantısına da qatılacaq. Bu, Türkiyənin yeni prezidentinin iştirak edəcəyi ilk beynəlxalq toplantı olacaq.
Ərdoğan Türkiyə prezidenti kimi ilk səfərini Azərbaycana edəcək
Region
15 avqust 2014
06:29


Son xəbərlər
