Zəngilanın Ağalı kəndlərində 76 hektar ərazi minalardan təmizlənib

Zəngilanın Ağalı kəndlərində 76 hektar ərazi minalardan təmizlənib "Zəngilanın Birinci Ağalı kəndində 33, İkinci Ağalı kəndində isə 43 hektar ərazi minalardan təmizlənib"
Qarabağ
29 Aprel , 2021 13:29
Zəngilanın Ağalı kəndlərində 76 hektar ərazi minalardan təmizlənib

"Zəngilanın Birinci Ağalı kəndində 33, İkinci Ağalı kəndində isə 43 hektar ərazi minalardan təmizlənib".

"Report"un işğaldan azad olunan rayonlara ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Anar Vəliyev deyib.

Onun sözlərinə görə, İkinci Ağalı kəndində 28 gündür mina təmizləmə işləri aparılır: "Ərazi ilkin olaraq 744 min kvadratmetr işarələnmişdi. Ağıllı kənd layihəsinin sifarişi olaraq ərazidə ANAMA tərəfindən mina təmizləmə işləri aparılır. Bu günə qədər 43 hektar ərazi minalardan təmizlənib. Ərazinin 70 faizindəki minalar tam zərərsizləşdirilib".

A.Vəliyev bildirib ki, təmizləmə işləri ilə paralel olaraq Ağıllı kənd layihəsinin tikintisinə başlanılıb: "Burada yeni evlərin tikintisi davam edir. Birinci Ağalı kənd ərazisində isə 33 hektar ərazi tərəfimizdən təmizlənib".

Son xəbərlər

Orphus sistemi