“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva oktyabrın 28-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“Bolqarıstanın Azərbaycan və Ermənistanla çox yaxşı əlaqəsi var. Avropa İttifaqı üçün bölgədə dondurulmuş münaqişələrin tənzimlənməsi, sabitlik və firavanlıq prioritet məsələdir. Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupu çərçivəsində tənzmlənə bilər. İnsanların təhlükəsizliyi üçün bu məsələ gündəliyin birinci maddəsidir”, - bolqarıstanlı nazir bildirib.