Müdafiə Nazirliyi cəbhə xəttində yeni tikilmiş hərbi hissənin görüntülərini yayıb - VİDEO

Müdafiə Nazirliyi cəbhə xəttində yeni tikilmiş hərbi hissənin görüntülərini yayıb - VİDEO Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər
Qarabağ
7 Fevral , 2015 14:42
Müdafiə Nazirliyi cəbhə xəttində yeni tikilmiş hərbi hissənin görüntülərini yayıb - VİDEO

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zanada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib. 

"Report"un xəbərinə görə, bu barədə Müdafi Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni istifadəyə verilmiş qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olublar.

Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək, Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirb ki, şəxsi heyət də dövlət rəhbərliyi tərəfindən onlara göstərilən bu etimadı doğrultmalı, işğal olunmuş Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək üçün döyüş hazırlığını daim artırmalıdır.

Şəxsi heyət təntənəli marşla tribuna qarşısından keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.

Son xəbərlər

Orphus sistemi