Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı

Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin mitinqinin bir neçə təşkilatçısını saxlayıb.
Qarabağ
11 Noyabr , 2020 23:06
Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı

Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin mitinqinin bir neçə təşkilatçısını saxlayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Saxlanılanlar arasında "Erkir media" telekanalının rəhbəri Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan, ən böyük müxalifət partiyalarından biri olan "Çiçəklənən Ermənistan"ın sədri Qaqik Sarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var.

Daha əvvəl etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum irəli sürüblər. Müxalifət siyasətçinin istefasını tələb edir.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri Ermənistanın baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.

Son xəbərlər

Orphus sistemi