“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb
Qarabağ
914
15 Fevral , 2021 11:19
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

“Report” xəbər verir ki, indiyədək fondda 29 758 400,01 manat toplanıb.

Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 13 324 263,46 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 7 023 047,53 manatı xərclənib. Vəsaitin qalığı isə 22 735 352,48 manatdır.

Qeyd edək ki, ötən həftəyə qədər xərclənən vəsaitin məbləği 4 082 315,38 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi