Yaponiyanın Azərbaycana ayırdığı qrantın hansı sahələrə xərclənəcəyi açıqlanıb

Yaponiyanın Azərbaycana ayırdığı qrantın hansı sahələrə xərclənəcəyi açıqlanıb Yaponiya hökuməti İkinci Qarabağ müharibəsindən nəticələnən humanitar böhranla bağlı yardım qismində Azərbaycana ayırdığı 1,2 milyon ABŞ dollarının xərclənəcəyi sahələri açıqlayıb
Qarabağ
148
17 Fevral , 2021 12:26
Yaponiyanın Azərbaycana ayırdığı qrantın hansı sahələrə xərclənəcəyi açıqlanıb

Yaponiya hökumətinin İkinci Qarabağ müharibəsi nəticəsində humanitar böhranla bağlı yardım qismində Azərbaycana ayırdığı 1,2 milyon ABŞ dollarının xərclənəcəyi sahələr açıqlanıb.

Bu barədə “Report”a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, hökumətin ayırdığı qrant aşağıdakı istiqamətlərdə xərclənəcək:

- bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım;

- təxminən 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması;

- təxminən 6 400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqla mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması;

- təxmini 8 000 nəfər üçün qida yardımını həyata keçirilməsi.

Qeyd olunub ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxmini 1 milyard ABŞ dolları məbləğində güzəştli kredit, 100 milyon ABŞ dollarından çox qrant layihəsi həyata keçirilib.

Bundan sonra da Azərbaycana yardımı davam etdirilməsi niyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi