Yaponiya Azərbaycan və Ermənistana humanitar yardım ayıracaq

Yaponiya Azərbaycan və Ermənistana humanitar yardım ayıracaq Humanitar yardımın 1,2 milyon dolları Azərbaycana, 3,6 milyon dolları isə Ermənistana veriləcək
Qarabağ
329
16 Fevral , 2021 10:33
Yaponiya Azərbaycan və Ermənistana humanitar yardım ayıracaq

Yaponiya hökuməti Azərbaycan və Ermənistana 4,8 milyon ABŞ dolları məbləğində humanitar yardım ayıracaq.

“Report” xəbər verir ki, məlumatı Yaponiyanın Xarici İşlər Nazirliyi yayıb.

Humanitar yardımın 1,2 milyon dolları Azərbaycana, 3,6 milyon dolları isə Ermənistana veriləcək. Maliyyə vəsaiti Beynəlxalq Qırımız Xaç Komitəsi vasitəsi ilə köçürüləcək.

Maliyyə vəsaiti Azərbaycanın Qarabağ bölgəsindəki xəstəxanaların, məktəblərin və yaşayış evlərinin bərpasına xərclənəcək.

Yaponiya tərəflərə eyni zamanda tibbi avadanlıq formasında yardım edəcək.

Son xəbərlər

Orphus sistemi