Yapon müğənni Azərbaycana dəstək verdi

Yapon müğənni Azərbaycana dəstək verdi Yapon müğənni Kyoko Yamamoto "Facebook" sosial şəbəkəsində Azərbaycana dəstək nümayiş etdirib.
Qarabağ
1 Oktyabr , 2020 10:27
Yapon müğənni Azərbaycana dəstək verdi
Kyoko Yamamoto

Yapon müğənni Kyoko Yamamoto "Facebook" sosial şəbəkəsində Azərbaycana dəstək nümayiş etdirib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim.

2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın. Yaşa, Yaşa, Azərbaycan!”, - müğənni bildirib.

Son xəbərlər

Orphus sistemi