YAP Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin ailəsinə başsağlığı verdi

YAP Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin ailəsinə başsağlığı verdi YAP nümayəndələri Vətən müharibəsində ağır yaralanaraq 4 ay koma vəziyyətində qalan, bir neçə gün əvvəl vəfat etmiş İsmayılzadə Tacəddin Vüqar oğlunun ailəsini ziyarət edib
Qarabağ
1685
14 Fevral , 2021 13:57
YAP Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin ailəsinə başsağlığı verdi

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Vətən müharibəsində ağır yaralanaraq 4 ay koma vəziyyətində qalan, bir neçə gün əvvəl vəfat etmiş İsmayılzadə Tacəddin Vüqar oğlunun ailəsini ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

“Yeni Azərbaycan Partiyasının nümayəndələri, YAP İcra Katibliyinin şöbə müdirləri Aydın Hüseynov, mən və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov dörd aydan çoxdur koma vəziyyətində olan və dünən (fevralın 12-də red) vəfat edən Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlunun ailəsini ziyarət etdik.

Tacəddin İsmayılzadə həm də 2016-cı il Aprel döyüşlərinin iştirakçısı idi, o döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb komaya düşmüşdü.

Qəhrəman şəhidimizin atasına, qardaşına və yaxınlarına YAP adından başsağlığı verdik, onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirdik”, - deyə Aydın Mirzəzadə bildirib.

Son xəbərlər

Orphus sistemi