YAP-ın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb

YAP-ın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb Yeni Azərbaycan Partiyasının (YAP) işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb.
Qarabağ
150
28 Yanvar , 2022 13:34
YAP-ın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb

Yeni Azərbaycan Partiyasının (YAP) işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb.

"Report"un xəbərinə görə, bu, partiyanın proqramında əksini tapıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri aşağıdakılardır:

- Layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması;

- Bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi;

- Bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi;

- Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması;

- Regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;

- “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi.

Son xəbərlər

Orphus sistemi