Xüsusi nümayəndə: "ATƏT sədrliyi Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır"

Xüsusi nümayəndə: "ATƏT sədrliyi Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır" ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Ermənistanın XİN başçısı ilə görüşüb
Qarabağ
19 Aprel , 2016 08:58
Xüsusi nümayəndə: ATƏT sədrliyi Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır

Bakı. 19 aprel. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Günter Behler Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

Görüşdə xüsusi nümayəndə qeyd edib ki, ATƏT sədrliyi Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır. O, hərbi əməliyyatlar nəticəsində həyatlarını itirənlərlə bağlı başsağlığı da verib.

Son xəbərlər

Orphus sistemi