Xocalı sakini: "Süfrəmizdə çörək kəsən ermənilər sonra bizim qanımızı tökdülər"

Xocalı sakini: "Süfrəmizdə çörək kəsən ermənilər sonra bizim qanımızı tökdülər" Bakı. 21 fevral. REPORT.AZ/ Süfrəmizdə çörək kəsən insanlar sonra bizim qanımızı tökdülər.
Qarabağ
21 Fevral , 2019 13:11
Xocalı sakini: Süfrəmizdə çörək kəsən ermənilər sonra bizim qanımızı tökdülər
Xocalı sakini Vərziyar Əliyeva / Report
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ "Süfrəmizdə çörək kəsən insanlar sonra bizim qanımızı tökdülər".

"Report" xəbər verir ki, bunu Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş Vərziyar Əliyeva Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.

O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı gecədə ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən sonra qarı sevmədiklərini qeyd edib: "Çünki bizim şəhidlərimizin qanı o ağ qarı qırmızı rəngə boyadı. Həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanının müdafiəsi zamanı son damla qanına qədər döyüşərək şəhid olub. Atam 57 yaşlı Hüseynov Mürşüd beşatılan tüfəngi ilə qəhərmancasına döyüşüb və şəhid olub. Mən hələ də beşatılan gülləni saxlayıram. O hadisədə bacım ailəlikcə, övladları ilə birgə itkin düşüblər. Hələ də onlar haqqında məlumat yoxdur. Onun ailəsindən bir oğlu yadigar qalıb. Hazırda polisdir. Övladı da var.

Bizim qadınlar da kişilərlə bərabər əllərindən gəldiyi qədər döyüşdülər. Biz hələ ölməmişik, yaşayırıq. bizim qadınlarımız şəhidlərin övladlarını qeyrətlə böyütdülər". 

Son xəbərlər

Orphus sistemi