Xocalı soyqırımında itkin düşən üç nəfərin ağrılı taleyi

Xocalı soyqırımında itkin düşən üç nəfərin ağrılı taleyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı növbəti videoreportaj yayıb.
Qarabağ
4112
5 Dekabr , 2020 00:32
Xocalı soyqırımında itkin düşən üç nəfərin ağrılı taleyi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı növbəti videoreportaj yayıb.

"Report" xəbər verir ki, təqdim olunan reportajda Xocalı soyqırımı zamanı itkin düşmüş Adilə Səlimova, Elnur Hüseynov və onun baçısı Rəsmiyyə Hüseynovanın ağrılı taleyindən, onların bu gün də yolunu gözləyən böyük bir nəslin iztirablarından bəhs olunur.

Layihənin əsas məqsədi 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin müraciətlərini beynəlxalq təşkilatlara video reportajlar formasında təqdim etməkdir.

Qeyd edək ki, Ermənistan 30 ilə yaxındır ki, əsir, girov və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaların tələblərini pozaraq əsirlikdə olan soydaşlarımızın ailə üzvlərinin müraciətlərinə etinasız yanaşıb.

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hesab edir ki, 26 ildən sonra döyüş meydanında düşmən üzərində zəfər qazanaraq torpaqlarını azad edən qalib Azərbaycan qarşısında məğlub Ermənistan bütün suallara aydınlıq gətirməyə məcburdur. Xalqımıza qarşı misilsiz cinayətlər həyata keçirən Ermənistanın hakim dairələrinin sabiq və indiki nümayəndələri müttəhimlər kürsüsündə həm də əsir və girov götürülmüş, itkin düşmüş soydaşlarımıza qarşı törətdikləri qeyri-insani davranışlarına görə cavab verəcəklər".

Son xəbərlər

Orphus sistemi