Praqada ​Xocalı soyqırımı qurbanları anılıb

Praqada ​Xocalı soyqırımı qurbanları anılıb Yerli əhaliyə faciə haqqında broşürlər paylanıb, müvafiq məlumatlar verilib
Qarabağ
27 Fevral , 2015 04:57
Praqada ​Xocalı soyqırımı qurbanları anılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Xocalı soyqırımının ildönümü ilə əlaqədar bu gun Praqa şəhərində anım mərasimləri təşkil edilib.

"Report" xəbər verir ki, ilk öncə, günorta saatlarında Çexiya-Azərbaycan İctimai Birliyi təşkilatı tərəfindən Çexiyanın əsas dövlət qurumları və Ermənistan səfirliyinin binasının önündən keçməklə, Azərbaycan bayraqları və Xocalıya dair posterlərlə bəzədilmiş avtobombil yürüşü təşkil edilib.

Daha sonra, "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində hazırlanmış xüsusi köynəklər geyən yürüş iştirakçıları Praqanın mərkəzi küçələrindən piyada keçməklə yerli əhaliyə Xocalı soyqırımına dair broşürlər paylayıb və müvafiq məlumat verib.

Həmin gün axşam saatlarında Praqanın mərkəzindəki "Staroměstské náměstí" adlı əsas meydanda Azərbaycan Tələbələri Şəbəkəsinin təşkilatçılığı ilə Xocalı və Liditse (faşist Almaniyasının 2-ci dünya müharibəsi dövründə Çexiyanın Liditse kəndində törətdiyi qırğın) faciələrinə həsr edilmiş “Hüsn küləkləri” (Winds of Sorrow) adlı virtual görüntülərdən (video mapping) ibarət film nümayiş etdirilib. Qeyd olunan film 3 saat ərzində (saat 19:00 – 22:00) sözügedən meydanda təkrar olaraq göstərilib.

Sözügedən filmin nümayişində Azərbaycan və Türkiyənin Çexiyadakı səfirləri Fərid Şəfiyev və Ahmet Necati Bigalı, Azərbaycan Tələbələri Şəbəkəsinin Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev, həmçinin Azərbaycan və türk icmasının üzvləri və yerli sakinlər iştirak edib.

Günün sonunda Praqada yaşayan Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri üçün “Xoca” filminin nümayişi həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi