XİN başçısı GUAM-ın iclasında ermənilərin Qarabağdakı vandallıqlarından danışıb

XİN başçısı GUAM-ın iclasında ermənilərin Qarabağdakı vandallıqlarından danışıb "Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyətə cəlb edilməlidir"
Qarabağ
28 Dekabr , 2020 17:47
XİN başçısı GUAM-ın iclasında ermənilərin Qarabağdakı vandallıqlarından danışıb

"Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə gedərkən mədəni mülkiyyət də daxil olmaqla, bu ərazilərin nə dərəcədə dağıdıldığının bir daha şahidi olduq. Məsələn, işğala qədər on minlərlə azərbaycanlının yaşadığı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində demək olar ki, bütün bina və infrastruktur yerlə yeksan edilmişdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

"Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr tarixli birgə bəyanatına uyğun olaraq, Ermənistanın tərk etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarında da vəziyyət fərqli deyil. Həmin əraziləri tərk edən erməni hərbçiləri və burada məskunlaşmış şəxslər bu rayonlardan qovulmuş azərbaycanlı əhalisinə məxsus evləri, məktəbləri və digər ictimai infrastrukturu qəsdən və heç bir fərq qoymadan dağıdıblar. Meşələr yandırılıb, ətraf mühitə bərpaolunmayan zərər vurulub. Dini abidələr talan edilib. Bu hərbi cinayətləri törədənlərin hər biri məsuliyyətə cəlb edilməlidir", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi