XİN başçısı: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı regional təhlükəsizliyə təhdiddir"

XİN başçısı: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı regional təhlükəsizliyə təhdiddir" Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır.
Qarabağ
23 Oktyabr , 2019 10:33
XİN başçısı: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı regional təhlükəsizliyə təhdiddir

"Təəssüf ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasının açılışında deyib.

XİN başçısı Ermənistan qoşunlarının təcavüzü və Azərbaycanın işğal olunmuş ərazilərindəki etnik təmizləmə nəticəsində çox sayda insanın zərər çəkdiyini, o cümlədən münaqişə nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb: "Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələndi və bir milyondan çox insan məcburi köçkün və qaçqına çevrildi. Münaqişənin ilk günündən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərməklə yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb.

Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünə davamlı dəstəyinə görə ən dərin təşəkkürümü bildirmək istəyirəm".

Son xəbərlər

Orphus sistemi