​XİN başçısı: “Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır”

​XİN başçısı: “Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır” Elmar Məmmədyarov AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisini qəbul edib
Qarabağ
13 Mart , 2015 18:38
​XİN başçısı: “Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır”

Bakı. 13 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolteri qəbul edib.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi müzakirə edilib.

E.Məmmədyarov güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu deyərək, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə mane olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi