Xələf Xələfov: "İşğal olunmuş ərazilərdə hər hansı ölkə və ya şəxs tərəfindən həyata keçirilən fəaliyyət qeyri-qanunidir"

Xələf Xələfov: "İşğal olunmuş ərazilərdə hər hansı ölkə və ya şəxs tərəfindən həyata keçirilən fəaliyyət qeyri-qanunidir" "Azərbaycan tərəfi belə fəaliyyətlərin qarşısını almaq üçün çalışır"
Qarabağ
27 Dekabr , 2016 13:52
Xələf Xələfov: İşğal olunmuş ərazilərdə hər hansı ölkə və ya şəxs tərəfindən həyata keçirilən fəaliyyət qeyri-qanunidir

Bakı. 27 dekabr. REPORT.AZ/ "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə, o cümlədən bu torpaqlarda əhali məskunlaşdırmaqla məşğuldur. Bütün bu addımlar beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquq baxımından, beynəlxalq ictimaiyyət bunu tanımır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məscidin bərpa işlərində İrandan olan ekspertlərin iştirakı məsələsini şərh edərkən deyib.

"İşğal olunmuş ərazilərdə hər hansı ölkə və ya şəxs tərəfindən həyata keçirilən fəaliyyət qeyri-qanunidir", - nazir müavini bildirib.

O, Azərbaycan tərəfinin qanun çərçivəsində belə fəaliyyətlərin qarşısını almaq üçün çalışdığını əlavə edib.

"Azərbaycan öz hüquqlarını müdafiə edəcək. Başqa ölkələrin vətəndaşları iştirak edirsə, onlara belə fəaliyyətlərdə iştirak etməmələri ilə bağlı xəbərdarlıq edirik", - X.Xələfov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi