Xeffren: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur"

Xeffren: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur" "Biz tərəfləri ciddi danışıqlara başlamağa çağırırıq"
Qarabağ
20 Avqust , 2014 17:22
Xeffren: Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

Bakı. 20 avqust. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Biz tərəfləri ciddi danışıqlara başlamağa çağırırıq".

Report-un Novosti-Qruziya-ya istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ-ın Ermənistandakı səfiri Con Xeffren çıxış edib. 

Onun sözlərnə görə, intiqam və baş verəcək zorakılıq məsələnin sülh ilə həllinin axtarış yollarını daha da çətinləşdirəcək. Səfirin fikrincə, ölənlərin xatirəsinin yad edilməsinin ən yaxşı üsulu - istənilən toqquşmaların dərhal dayandırılmasıdır.  

"Biz növbəti dəfə son insident zamanı ölənlərin ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmağını arzulayırıq. Həmsədr Ceyms Uorlikin qeyd etdiyi kimi, bu, dondurulmuş münaqişə deyil. Həm Yerevanda, həm də Bakıda biz hər kəsi gərginliyin azaldılması və atəşkəs rejiminə riayət olunması üçün bütün zəruri tədbirləri görməyə çağırırıq" - deyə, Xeffren bəyan edib.

Son xəbərlər

Orphus sistemi