Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gedib - FOTO - YENİLƏNİB

Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gedib - FOTO - YENİLƏNİB Diplomatlar kənddə ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə tanış olublar
Qarabağ
15 Fevral , 2017 13:56
Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gedib - FOTO - YENİLƏNİB

Cəbrayıl. 15 fevral. REPORT.AZ/ Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, 55 nəfərdən ibarət nümayəndə heyətinə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rəhbərlik edib. 

Ə.Həsənov nümayəndə heyətin məlumat verərək bildirib ki,  kənd 20 ildən artıqdır ermənilərin nəzarəti altında qalıb: "Lələtəpə əməliyyatından sonra Cocuq Mərcanlı və ətraf yaşayış məntəqələri təhlükədən azad olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə kənd ərazisində yenidənqurma və tikinti işlərinə başlanılıb". 

Nümayəndə heyəti Cocuq Mərcanlının minadan təmizlənməsi işləri, yenidən qurma və tikinti işləri ilə yaxından tanış olublar.

İlk xəbər saat 09:08-də yayımlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edəcəklər.

"Report"un xəbərinə görə, səfər çərçivəsində diplomatlar ermənilər tərəfindən Cocuq Mərcanlı kəndində törədilmiş vəhşiliklərlə tanış olacaqlar.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq təşkil edilib.

Son xəbərlər

Orphus sistemi