Xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər

Xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər "Ağdamın girişində bir sıra kəndlərin, qəsəbələrin necə dağıdıldığını müşahidə etdik və qonaqlarımız təəssüf hissi ilə bərabər baş verən dəhşətli faciənin bir daha şahidi oldular".
Qarabağ
24 Sentyabr , 2021 15:12
Xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər

"Ağdamın girişində dağıdılmış kəndləri, qəsəbələri müşahidə etdik. Qonaqlarımız təəssüf hissi keçirdiklərini dedilər, baş verən dəhşətli faciənin bir daha şahidi oldular".

Bunu Ağdamda "Report"a açıqlamasında Ombudsman Aparatının rəhbəri, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, xarici nümayəndələr burada insanların mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu görüblər: "Onlar dedilər ki, heç elə bil burada heç zaman insan yaşamayıb. Çünki insan öz mülkiyyətinə qarşı bu cür vəhşilik edə bilməz. Səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının xüsusi ekspertləri dini inanclara qarşı törədilən vandalizm aktlarının, insanların dini etiqad azadlığının kobud şəkildə pozulmasının şahidi oldular".

Aydın Səfixanlı
Aydın Səfixanlı

Aparat rəhbəri qeyd edib ki, xarici ekspertlər Ağdamda tarixi abidələrin dağıdılmasını vandalizm aktları kimi qiymətləndiriblər: "Onlar dünyanın heç bir yerində belə bir vandalizmin mövcud olmadığını, heç bir müharibədə belə vəhşiliyin törədilmədiyini söylədilər. Haqlı olaraq Ağdamı Qafqazın Xirosiması adlandırdılar və qeyd etdilər ki, Ağdamda gördükləri hadisələr doğrudan da urbisid kimi qiymətləndirilə bilər. Burada insanlığa xas olmayan cinayətlər törədilib və təbii ki, bu cinayətlərin tərkibində müharibə cinayətləri də var. Səfərin yekununda ekspertlər çəkdikləri foto və video faktlara əsaslanan hesabat hazırlayacaq, beynəlxalq təşkilatlara göndərəcəklər".

Qeyd edək ki, İƏT-in faktaraşdırıcı missiyasının üzvləri səfər çərçivəsində Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar. Daha sonra ekspertlər Ağdam Cümə Məscidini ziyarət edib və orada namaz qılıblar. Onlar həmçinin Ağdamın Qiyaslı məscidinə də baş çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi