Xarici diplomatlar ermənilərin Tərtərdə törətdiyi dağıntılarla tanış olublar

Xarici diplomatlar ermənilərin Tərtərdə törətdiyi dağıntılarla tanış olublar Azərbaycandakı xarici diplomatik korpusun Tərtər rayonuna səfər edən nümayəndələri həmin bölgədə 44 günlük müharibə zamanı baş verən dağıntılar barədə məlumatlandırılıblar.
Qarabağ
16 Oktyabr , 2021 15:46
Xarici diplomatlar ermənilərin Tərtərdə törətdiyi dağıntılarla tanış olublar

Azərbaycandakı xarici diplomatik korpusun Tərtər rayonuna səfər edən nümayəndələri həmin bölgədə 44 günlük müharibə zamanı baş verən dağıntılar barədə məlumatlandırılıblar.

“Report”un bölgəyə ezam olunan müxbiri xəbər verir ki, diplomatlar Vətən müharibəsi zamanı baş verənləri, o cümlədən dağılan evləri, qəbirstanlıqları və s. əks etdirən fotostendlərlə tanış olublar.

Onlara məlumat verilib ki, Ermənistan tərəfindən bölgədə 381 məzar olan 10 qəbiristanlıq dağıdılıb.

Həmçinin diplomatlara ötən ilin oktyabr ayında viran qoyulan və həmin vaxtdan indiyədək işğalçıların barbarlığına sübut kimi dağıdılmış vəziyyətdə saxlanılan ev də göstərilib.

Son xəbərlər

Orphus sistemi