Xaricdə təhsil almış məzunlar Ağdam Dövlət Dram Teatrının qarşısında milli musiqilərimizi ifa ediblər

Xaricdə təhsil almış məzunlar Ağdam Dövlət Dram Teatrının qarşısında milli musiqilərimizi ifa ediblər 2007-2015-ci illərdə "Dövlət Proqramı" əsasında xaricdə təhsil almış bir qrup azərbaycanlı məzunun Ağdama səfəri davam edir.
Qarabağ
285
31 İyul , 2021 14:33
Xaricdə təhsil almış məzunlar Ağdam Dövlət Dram Teatrının qarşısında milli musiqilərimizi ifa ediblər

2007-2015-ci illərdə "Dövlət Proqramı" əsasında xaricdə təhsil almış bir qrup azərbaycanlı məzunun Ağdama səfəri davam edir.

“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, səfər çərçivəsində məzunlar Ağdam Dövlət Dram Teatrını, inşa ediləcək Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi və Ağdam Cümə məscidində olublar.

Məzunlara ermənilərin işğal dövründə Ağdamda törətdiyi vandalizm barədə geniş məlumatlar verilib.

Daha sonra məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrının qarşısında milli folklor nümunələrindən “Sarı gəlin”, “Heyratı" və digər musiqilər ifa olunub.

Son xəbərlər

Orphus sistemi