Xankəndində ermənilər arasında dava düşüb

Xankəndində ermənilər arasında dava düşüb Azərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb
Qarabağ
30 Mart , 2021 13:28
Xankəndində ermənilər arasında dava düşüb

Azərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, Yerevanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib. Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin isə burun sümüyü sınıb.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi