Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - YENİLƏNİB 

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - YENİLƏNİB  Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Qarabağ
26 Mart , 2023 20:28
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - YENİLƏNİB 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

Belə ki, 2 minik və 27 təminat və təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. 

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 37 avtomobil hərəkət edib.

20:02

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, səhər saatlarında 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bundan sonra 2 minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Daha sonra 1 minik maşınının Laçından Xankəndi istiqamətinə keçidinə şərait yaradılıb.

Axşam saatlarında isə 1 minik və 2 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçid edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 8 avtomobil hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 105 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi