Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə gələn yerli rus icmasının nümayəndələri şüarlar səsləndirirlər

Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə gələn yerli rus icmasının nümayəndələri şüarlar səsləndirirlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə dəstək üçün gələn yerli rus icmasının nümayəndələri ekofəallarla birlikdə şüarlar səsləndirirlər.
Qarabağ
1 Fevral , 2023 15:04
Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə gələn yerli rus icmasının nümayəndələri şüarlar səsləndirirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə dəstək üçün gələn yerli rus icmasının nümayəndələri ekofəallarla birlikdə şüarlar səsləndirirlər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, onlar etirazçılarla birgə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını ifadə ediblər.

Yerli rus icmasının nümayəndələri bildiriblər ki, onların aksiya yerinə gəlmələrində əsas məqsəd ekofəllara dəstək nümayiş etdirməkdir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 52 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi