Vyetnamlı gənc: "Xocalı soyqırımı təşkilatçılarından olan Serj Sarkisyan həbs olunmalıdır"

Vyetnamlı gənc: "Xocalı soyqırımı təşkilatçılarından olan Serj Sarkisyan həbs olunmalıdır" Vyetnamda gənclər arasında Xocalı soyqırımı ilə bağlı esse müsabiqəsi keçirilib
Qarabağ
25 Fevral , 2017 07:35
Vyetnamlı gənc: Xocalı soyqırımı təşkilatçılarından olan Serj Sarkisyan həbs olunmalıdır

Bakı. 25fevral. REPORT.AZ/ Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Azərbaycanın Vyetnamdakı səfirliyi vyetnamlı gənclər arasında “Xocalı Soyqırımı. 25 İllik Cəzasızlıq” mövzusunda esse müsabiqəsi keçirib.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, müsabiqə gənclər tərəfindən maraqla qarşılanıb və ölkənin müxtəlif bölgələrindən səfirliyə 100-dən artıq esse təqdim olunub.

Müsabiqənin qalibi birinci kurs tələbəsi Nguyen Thi Lan Phuong olub.

Nguyen Thi Lan Phuong essesində Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisində Ermənistanın etnik təmizləmə siyasəti apardığını vurğulayıb. O, beynəlxalq hüquq normalarına istinad edərək Xocalı qətliamının məhz soyqırımı olduğunu bildirib. Nguyen Thi Lan Phuong qeyd edib ki, Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyan hazırda prezident kürsüsündə əyləşməsi əvəzinə həbs olunmalıdır. O, Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın təsis olunmasını və soyqırımının törədilməsinə rəhbərlik edən şəxslərin hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Nguyen Thi Lan Phuong inşasında, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Xocalıya ədalət kampaniyasının fəaliyyəti haqqında məlumat verib. Thi Lan Phuong 20-ci əsrin ən dəhşətli müharibələrindən birini yaşamış vyetnamlıların Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının dəyərini çox yaxşı anladıqlarını qeyd edib. O, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasının, cinayətkarların cəzalandırılmasının və nəhayət sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi