Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı

Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı Vətən Müharibəsində iştirak etmiş iki qardaşın Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub.
Qarabağ
9 Yanvar , 2021 22:59
Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı

Vətən Müharibəsində iştirak etmiş iki qardaşın Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Xızır Şahhüseynov və Xəzər Şahhüseynov qardaşlarının qayıdışı rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, qardaşlardan biri - Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb.

Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını ifadə ediblər. Xızır Şahhüseynov və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, lazım gəlsə gələcəkdə də əllərinə silah almağa hazırdırlar.

Son xəbərlər

Orphus sistemi