Vətən müharibəsindən qayıdanların müraciətlərinə baxılması davam edir

Vətən müharibəsindən qayıdanların müraciətlərinə baxılması davam edir Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Qarabağ
873
15 Yanvar , 2021 15:07
Vətən müharibəsindən qayıdanların müraciətlərinə baxılması davam edir

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 4 gün ərzində 1 158 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 108 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi