Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə medallar təqdim edilib

Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə medallar təqdim edilib Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçulara Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına ilə verilən medallar şəhidlərin ailə üzvlərinə və müharibə iştirakç
Qarabağ
19 Aprel , 2022 14:59
Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə medallar təqdim edilib

Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçulara Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına ilə verilən medallar şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına təqdim edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəsmiləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə və göstərdikləri xidmətə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə, müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub.

Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi