Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib Ötən ilin 27 sentyabrından 10 noyabra qədər davam etmiş Vətən müharibəsində şəhid olan Sarvan Əli oğlu Mirzəyevin qız övladı dünyaya gəlib
Qarabağ
212
17 Aprel , 2021 20:35
Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib

Ötən ilin 27 sentyabrından 10 noyabra qədər davam etmiş Vətən müharibəsində şəhid olan Sarvan Əli oğlu Mirzəyevin qız övladı dünyaya gəlib.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhidin övladına Sarvanə adı verilib.

Şəhidin övladı xəstəxanadan Biləsuvar rayonuna yola salınıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kəşfiyyatçı Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, onun ailəsi sonralar Biləsuvar rayonuna köçüb.

S.Mirzəyev Vətən müharibəsinin son günlərində Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman hərbçimiz döyüşlərdə şəxsi igidliyi və şücaətinə görə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi