Biləsuvarda şəhidin 33 yaşı qeyd olunub 

Biləsuvarda şəhidin 33 yaşı qeyd olunub  Amid İsmayılov "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib
Qarabağ
473
12 Fevral , 2021 19:33
Biləsuvarda şəhidin 33 yaşı qeyd olunub 

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi, kiçik çavuş Amid İsmayılovun doğum günü qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri A.İsmayılovun məzarını ziyarət edərək gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Amid Eldar oğlu İsmayılov 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2006-2008-ci illərdə həqiqi hərbi xidmət keçib. 2008-ci ildən isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi fəaliyyətinə başlayıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir neçə kəndin işğaldan azad edilməsində iştirak edərək şəhid olub. Sentyabrın 28-də doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

İştirak etdiyi uğurlu hərbi əməliyyatlara görə, ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid hərbçi ailəli idi, 1 övladı yadigar qalıb.

Birinci Qarabağ savaşında şəhidimizin atası da Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi