Vətən müharibəsinin şəhidi II Fəxri xiyabanda dəfn edilib - VİDEO - YENİLƏNİB - 2

Vətən müharibəsinin şəhidi II Fəxri xiyabanda dəfn edilib - VİDEO - YENİLƏNİB - 2 Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya - II Fəxri xiyabana gətirilib
Qarabağ
20 May , 2021 14:12
Vətən müharibəsinin şəhidi II Fəxri xiyabanda dəfn edilib - VİDEO - YENİLƏNİB - 2
0 : 00
0 : 00

Video əlavə olunub

11.25

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilib.

“Report”un məlumatına görə, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

11.08

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilir.

“Report”un məlumatına görə, şəhidin nəşi II Fəxri xiyabana gətirilib.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Mayın 19-da doğulduğu Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi