Vətən müharibəsi şəhidi Daşkəsəndə anılıb

Vətən müharibəsi şəhidi Daşkəsəndə anılıb Daşkəsən rayonunda Vətən müharibəsi Şəhidi Novruz İsmayılovun anım mərasimi keçirilib.
Qarabağ
8 Noyabr , 2021 18:33
Vətən müharibəsi şəhidi Daşkəsəndə anılıb

Daşkəsən rayonunda Vətən müharibəsi Şəhidi Novruz İsmayılovun anım mərasimi keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Şəhidin yaxınları ilə yanaşı, qazilər, ictimaiyyət nümayəndələri hüquq mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun eləcədə Şəhid Novruz İsmayılovun göstərdiyi şücaətdən danışıblar.

Qeyd edək ki, Novruz İsmayılov 1987-ci il oktyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Novruz İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanişğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmançasına Şəhid olub.

Şəhid N.İsmayılovun nəşi bir neçə gündən sonra tapılıb və noyabrın 8-də dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Novruz İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi