Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

Vasif Talıbov yaralı hərbçilərlə görüşüb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.
Qarabağ
21 Dekabr , 2020 13:19
Vasif Talıbov yaralı hərbçilərlə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.

"Report" xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri hospitalda müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib, Vətən müharibəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirib.

Yaralı hərbi qulluqçu, “Azərbaycan bayrağı” ordenli mayor Təbriz Zeynalov öz adından və döyüş yoldaşları adından minnətdarlıq edərək deyib ki, dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Həkimlər sağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdıqdan sonra xidmətimizi yenə də uğurla davam etdirəcəyik.

Hospitalda müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunub, aparılan şirniyyatlar mətbəxə verilib.

Son xəbərlər

Orphus sistemi