BMTM nümayəndəsi: "Ermənistanın törətdiyi ekoloji terror bütün regiona təsir edir"

BMTM nümayəndəsi: "Ermənistanın törətdiyi ekoloji terror bütün regiona təsir edir" Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində törətdiyi ekoloji terror bütün regiona təsir edir.
Qarabağ
21 Sentyabr , 2021 11:42
BMTM nümayəndəsi: Ermənistanın törətdiyi ekoloji terror bütün regiona təsir edir
Vasif Hüseynov

"Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində törətdiyi ekoloji terror bütün regiona təsir edir".

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) böyük elmi işçisi Vasif Hüseynov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, ermənilərin 2020-ci ilin noyabr ayında işğal edilmiş əraziləri tərk edərkən kütləvi surətdə ağacları qırdığını, evləri yandırdığını xatırladıb.

V.Hüseynov həmçinin bildirib ki, Ermənistan regionun bütün ölkələri üçün təhlükə mənbəyi olan "Metsamor" Atom Elektrik Stansiyasından (AES) istifadəni davam etdirməyi planlaşdırır: “Azərbaycan beynəlxalq təşkilatları buna yol verməməyə çağırıb”.

Son xəbərlər

Orphus sistemi