MN: Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını məhv edir

MN: Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını məhv edir MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir” Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə
Qarabağ
3 Oktyabr , 2020 19:04
MN: Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını məhv edir
0 : 00
0 : 00

“Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”.

"Report" xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb.

Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.

Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar".

Son xəbərlər

Orphus sistemi