UNICEF nümayəndəsi: "Heç bir uşaq müharibə qurbanı olmamalıdır"

UNICEF nümayəndəsi: "Heç bir uşaq müharibə qurbanı olmamalıdır" "UNICEF döyüşlər zamanı ziyan dəyən rayonlarda çoxlu iş görür"
Qarabağ
108
9 Avqust , 2017 19:52
UNICEF nümayəndəsi: Heç bir uşaq müharibə qurbanı olmamalıdır

Bakı. 9 avqust. REPORT.AZ/ "Heç bir uşaq harada yaşamasından asılı olmayaraq, müharibə qurbanı olmamalıdır".

Bunu "Report"a açıqlamasında UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iyulun 4-də Füzulinin Alxanlı kəndində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin ermənilər tərəfindən öldürülməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, heç bir iki yaşlı qız və ya oğlan münaqişədə həlak olmamalıdır və ailələr övladların itirilməsində dərd çəkməməlidir: "BMT hər iki tərəfi zorakılıqdan vaz keçmək və münaqişəni həll eləmək üçün diplomatik vasitələrdən istifadə etməyə çağırıb. UNİCEF-in münaqişə nəticəsində zərər çəkən uşaqlara yardım etməsinə gəlincə, təşkilatımız döyüşlər zamanı ziyan dəyən rayonlarda çoxlu iş görür. Biz minaların təhlükəsi ilə bağlı proqram üzərində çalışırıq. Eyni zamanda biz "təhlükəsiz vərdişlər"ə yiyələnməsi üzərində işləyirik ki, cavanlar döyüşlər zamanı özünü necə davranmalı olduğunu bilsinlər. Ötən ilin aprel hadisələri göstərib ki, yaralananların çoxu evdən çıxdığına görə xəsarət alıblar. Bu davranış başa düşünüləndir, amma eyni zamanda təhlükəlidir".

E.Karvardin bildirib ki, təşkilat həmçinin münaqişədən əziyyət çəkənlər üçün psixoloq proqramını da hazırlamaqdadır.

Son xəbərlər

Orphus sistemi