"Cəmiyyətin radikal millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən Ermənistan hakimiyyətinin destruktiv siyasəti
Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, bu sözləri "İnterfax-Ukrayna" agentliyinə
"Bütün bu illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdid olub və bu, davam edir. Münaqişə Cənubi Qafqaz ölkələrinin tam əməkdaşlığına mane olur", - deyə səfir əlavə edib.
A.Xudiyev bildirib ki, müstəqillik illərində balanslaşdırılmış xarici siyasət, neft, qaz ehtiyatlarından praqmatik istifadə və sosialyönümlü daxili siyasət Azərbaycanı dünyada layiqli hörmətə sahib olan müasir, sabit dövlətə çevirib. Lakin keçmiş Sovet İttifaqından miras qalan və Azərbaycanın xarici siyasətinin ən vacib prioriteti olan Dağlıq Qarabağ münaqişəsi hələ də ədalətli həllini tapmayıb.
Səfir müsahibəsində Azərbaycanın uğurlu iqtisadi və sosial layihələri, milli şirkətlərimizin Ukraynada sərmayə qoyuluşu barədə geniş faktlara əsaslanıb.
