Ukraynalı ekspert: "Minalanmış ərazilərin xəritəsini verməmək beynəlxalq normalara ziddir"

Ukraynalı ekspert: "Minalanmış ərazilərin xəritəsini verməmək beynəlxalq normalara ziddir" “Əlbəttə, bu məsələnin diplomatik yolla həll olunması daha yaxşı olardı"
Qarabağ
29 Mart , 2021 13:15
Ukraynalı ekspert: Minalanmış ərazilərin xəritəsini verməmək beynəlxalq normalara ziddir
Mixaylo Qluqovskiy

"Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi beynəlxalq normaların, müvafiq sənədlərin pozulması deməkdir".

“Report” xəbər verir ki, bu barədə “Caliber.az”a Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədr müavini Mixaylo Qluqovskiy bildirib.

“Əlbəttə, bu məsələnin diplomatik yolla həll olunması daha yaxşı olardı. Çünki minaları kor-koranə təmizləmək çətin məsələdir. Olmasa, beynəlxalq təşkilatlara müraciət edilməlidir. Belə işlərlə ən çox BMT məşğul olur, orada müvafiq qurumlar var” – deyən ekspert dinc əhali arasında ölənlər olmasının böyük problem olduğunu da dilə gətirib: “İnsanları bu ərazilərə getməkdən necə çəkindirmək olar? Biz Ukraynada bununla üzləşmişik, hazırda Donetskdə hərtərəfli izahat işləri görürük. Bunun üçün çoxlu sayda könüllülərə ehtiyac var”, o deyib.

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətində Rusiyanın dəstəklədiyi hərbi birləşmələrlə müharibə gedir və ayrı-ayrı ərazilərinə mülki şəxslərin özbaşına getməsi problemi qarşıya çıxır.

Son xəbərlər

Orphus sistemi