Ukraynalı ekspert: "Ermənistan daxili siyasi problemlər səbəbindən səylərini Azərbaycan ilə sülh müqaviləsi danışıqlarının pozulmasına yönəldib"

Ukraynalı ekspert: "Ermənistan daxili siyasi problemlər səbəbindən səylərini Azərbaycan ilə sülh müqaviləsi danışıqlarının pozulmasına yönəldib" Açıq-aşkar görünür ki, hazırda Ermənistan tərəfi daxili siyasi problemlər səbəbindən bütün səylərini Azərbaycan ilə sülh müqaviləsi danışıqlarının pozulmasına yönəldib.
Qarabağ
8 Dekabr , 2022 09:45
Ukraynalı ekspert: Ermənistan daxili siyasi problemlər səbəbindən səylərini Azərbaycan ilə sülh müqaviləsi danışıqlarının pozulmasına yönəldib

"Açıq-aşkar görünür ki, hazırda Ermənistan tərəfi daxili siyasi problemlər səbəbindən bütün səylərini Azərbaycan ilə sülh müqaviləsi danışıqlarının pozulmasına yönəldib".

Bunu “Report”un Şərqi Avropa bürosuna hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə bu danışıqlardan imtina edib: “ABŞ tərəfi Rusiyanı danışıqlar prosesindən sıxışdırmağa başladıqdan sonra İrəvanda belə qərara gəliblər ki, onların daha bir güclü müttəfiqi yaranır. Ermənistanda vəziyyəti qızışdıran daha bir amil onların Fransanı danışıqlarda vasitəçi kimi görmək istəməsi ilə bağlıdır. Rəsmi Bakı isə Fransanın Azərbaycan əleyhinə mövqeyinə və ermənipərəstliyinə görə bu dövləti vasitəçilər sırasında görmək istəmir. Bütün tərəflər başa düşürlər ki, hərbi toqquşmalar bərpa olunarsa, Ermənistan tərəfi növbəti alçaldıcı məğlubiyyətə düçar olacaq. Hakimiyyətin daxilindəki revanşçı qüvvələr dövləti bu məğlubiyyətə sürükləmək istəyir. Azərbaycan tərəfi dəfələrlə ərazi bütövlüyünün bərpasına və qanuni tələblərinin yerinə yetirilməsinə nail olmaq istəyini bəyan edib. Ermənistan tərəfi isə dəfələrlə bu danışıqlardan imtina edib, baş tutan danışıqlarda əldə olunan razılaşmalar isə ardıcıl surətdə yerinə yetirilməyib”.

Hərbi ekspert vurğulayıb ki, KTMT-nin İrəvanda keçirilmiş son iclası zamanı təşkilat faktiki olaraq Ermənistanı başa saldı ki, Azərbaycan ilə aralalarında olan məsələləri özü həll etməlidir:

“Bu vəziyyətdə danışıqlar prosesini uzatmaq cəhdləri Ermənistanın özünün danışıqlar mövqeyini pisləşdirəcək. Lakin daxili siyasi vəziyyət və Baş nazir Paşinyanın üzərindəki təzyiq bu danışıqlar prosesində yeni-yeni problemlərə səbəb olacaq ki, bu da ya Ermənistanın növbəti hərbi məğlubiyyəti ilə bitəcək, ya da Ermənistan daxilində dəstəklənməsə də Paşinyan Azərbaycan rəhbərliyi ilə danışıqlara getməli olacaq. Rusiya danışıqlarda vasitəçi olacağına ümid edir, lakin bu “xəmir hələ çox su aparacaq”.

T.Berezovets qeyd edib ki, Ukrayna bu danışıqların uğurla tamamlanmasında maraqlıdır: “Cənubi Qafqazda məsələlər sülh yolu ilə həll olunmalıdır. Ukrayna tərəfinin mövqeyi bu baxımdan ardıcıldır. Ermənistan dəfələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və bu mənasız müharibəyə son qoymaq üçün müqavilə bağlamalıdır”.

Son xəbərlər

Orphus sistemi