Ukraynalı deputat: “Azərbaycan və Ermənistan arasındakı razılaşmanı inkişaf etdirən danışıqları dəstəkləyirik”

Ukraynalı deputat: “Azərbaycan və Ermənistan arasındakı razılaşmanı inkişaf etdirən danışıqları dəstəkləyirik” “Biz bir daha, bu mərhələdə də Azərbaycan xalqına dəstəyimizi ifadə edirik”.
Qarabağ
29 Noyabr , 2021 15:07
Ukraynalı deputat: “Azərbaycan və Ermənistan arasındakı razılaşmanı inkişaf etdirən danışıqları dəstəkləyirik”

“Biz bir daha bu mərhələdə də Azərbaycan xalqına dəstəyimizi ifadə edirik”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Volodimir Kreydenko bildirib.

O qeyd edib ki, heç nəyə baxmayaraq, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara riayət olunmalıdır və bu yöndə danışıqların inkişafını dəstəkləyirlər:

“Hər hansı təxribatların törədilməsi, sabitliyi pozmaq cəhdləri yolverilməzdir. Qanuni şəkildə Azərbaycana məxsus olan geri qaytarılmış ərazilərlə bağlı razılaşmalara zorakı üsullarla təsir etmək cəhdləri qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət, beynəlxalq hüquq normaları bunun yolverilməz olduğunu bildirir. Əgər sən qanunun, hüququn, beynəlxalq razılaşmaların tərəfdarısansa və öz üzərinə götürdüyün öhdəlikləri yerinə yetirmək iqtidarında olan dövlətsənsə, hər hansı əlavə sübuta ehtiyac yoxdur. Yox, əgər üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmirsənsə, bütün dünya sənə sözünü tutmayan şəxs və ya dövlət kimi münasibət göstərəcək. Hesab edirəm ki, aidiyyəti tərəf, nəhayət, bu məsuliyyəti anlayar”, -deyə, deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi