Ukrayna XİN: Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyirik

Ukrayna XİN: Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyirik Ukrayna Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların Azərbaycan və Ermənistan tərəfindən dayandırılmasını alqışlayır.
Qarabağ
1348
11 Noyabr , 2020 15:45
Ukrayna XİN: Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyirik
0 : 00
0 : 00

Ukrayna Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların Azərbaycan və Ermənistan tərəfindən dayandırılmasını alqışlayır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Hesab edirik ki, növbəti addım bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylərin davam etdirilməsidir.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəyişməz olaraq və qeyd-şərtsiz dəstəkləyir. Bu prinsip hələ də Rusiya təcavüzündən əziyyət çəkən və ərazilərinin bir hissəsi müvəqqəti Rusiya işğalı altında qalan Ukrayna üçün əsasdır”, - qeyd olunub.

Son xəbərlər

Orphus sistemi