Ukrayna XİN: Qarabağdakı qondarma "seçkilər" beynəlxalq hüquqa ziddir

Ukrayna XİN: Qarabağdakı qondarma "seçkilər" beynəlxalq hüquqa ziddir Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Dağlıq Qarabağ ərazisində keçirilən qondarma “prezident” və “parlament” “seçkilər”ini qətiyyətlə pisləyir.
Qarabağ
31 Mart , 2020 19:28
Ukrayna XİN: Qarabağdakı qondarma seçkilər beynəlxalq hüquqa ziddir

Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Dağlıq Qarabağ ərazisində keçirilən qondarma “prezident” və “parlament” “seçkilər”ini qətiyyətlə pisləyir.

“Report” xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı bəyanatda bildirilir.

“Hər hansı hüquqi əhəmiyyət daşımayan bu qondarma seçkilər beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tərəfdar olduğunu bildirir”- bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi