​Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımayıb

​Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımayıb "Bu "seçkilər"in hər hansı bir hüquqi nəticəsi ola bilməz"
Qarabağ
14 Sentyabr , 2015 23:02
​Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımayıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda 13 sentyabr 2015-ci il tarixində "yerli özünü idarəetmə orqanları"na keçirilən qondarma "seçkiləri" tanımır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

"Bu "seçkilər"in hər hansı bir hüquqi nəticəsi ola bilməz", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, Ukrayna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh yolu ilə nizamlanması mövqeyindən çıxış edir.

Son xəbərlər

Orphus sistemi