TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Füzuliyə səfər edib

TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Füzuliyə səfər edib Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdad Amereyev, TÜRSOYUN baş katibi Düsen Kasainov, Türk mədəniyyəti irsi fondunun rəhbəri Günay Əfəndiyeva günün ikinci yarısında Füzili şəhərində olublar.
Qarabağ
17 Yanvar , 2021 16:37
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Füzuliyə səfər edib

Türkdilli dövlətlərin əməkdaşlıq şurasının baş katibi Bağdat Amereyev, TÜRSOY-un baş katibi Düsen Kasainov, Türk mədəniyyəti irsi fondunun rəhbəri Günay Əfəndiyeva günün ikinci yarısında Füzili şəhərində olublar.

“Report” xəbər verir ki, burada şəhərin ermənilər tərəfindən dağıdılmasının şahidi olan qonaqlar gördüklərindən dəhşətə gəldiklərini bildiriblər.

Türkdilli ölkələrin əməkdaşlıq şurasının baş katibi Bağdat Amereyev türk xalqlarının ortaq mədəni irsi sayılan Kenan Çarboğanın müəllifi olduğu "Korkutname" kitabını, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevaya verib.

Səfərləri çərçivəsində qonaqlar ermənilərin tamamilə dağıtdıqları Füzuli şəhər məscidində də olublar. Məscidin qalıqlarını görən qonaqlar bu hadisəni islam düşmənçiliyi adlandırıblar.

Son xəbərlər

Orphus sistemi